`FETÖ-yə aid 250 şirkət bağlanılacaq` - Türkiyəli nazir


22:56     10 Avqust 2016 nazir%20turkiyeli.jpg

Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci ölkədə FETÖ-ya aid şirkətlərin bağlanılacağını bildirib.


Nazir şirkətlərə təzyiq göstərməyə davam edəcəklərini söyləyib.

O deyib: “FETÖyə dəstək verən şirkətlərə təzyiq göstərməyə davam edəcəyik. FETÖ-nün sahib olduğu 200-250 şirkət var. Bunların hamısı bağlanılacaq. Təşkilata maliyyə dəstəyi verən, pul köçürən, "çirkli pulların yuyulması"na kömək edən şirkətlər var. Onlarla mübarizə aparacağıq.

Türkiyə 15 iyulda çox ciddi bir çevriliş cəhdi ilə qarşı-qarşıya qaldı. Millət prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə küçələrə çıxaraq bu cəhdə mane oldu.

O çevriliş cəhdi uğurlu olsaydı, Şərqi və Cənub-Şərqi Anadolu nə olacaqdı, bu ölkənin halı nə olacaqdı, xəyal belə edə bilmirik.

Bu mövzuda bütün partiyaların ortaq mövqedə dayanmaları çox əhəmiyyətlidir."

Femida.az

Açar sözlər:

Oxunub: 1047